İftarda yeməkdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur
18.03.2024 09:51
Şirniyyat, adətən, iftarda yeməkdən 1-2 saat sonra qəbul edilməlidir.
 
Aztibb.az Bakı Baş Səhiyyə Mərkəzinin feysbuk səhifəsinə istinadla bildirir ki, iftarda yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat qəbul edilməsi daha məqsədəuyğundur.
 
Mütəxəssislərin fikrincə, şirniyyatın növü, miqdarı və qəbul saatı uyğunsuz olduqda isə artıq çəkiyə və şəkər səviyyəsinin pozulmasına gətirib çıxara bilər. Odur ki, xüsusilə iftar zamanı çox yağlı, şəkər miqdarı çox olan, undan hazırlanmış şirniyyatları süd və süd məhsullarından hazırlanmış, qlikemik indeksi nisbətən az olan meyvələrdən (xüsusilə, turşməzə) hazırlanmış salatlarla əvəz etmək daha məqəsədəuyğundur. Belə ki, südün tərkibindəki zülal gec həzm olunduğu üçün xüsusilə, imsak sonrası qanda şəkərin miqdarının kəskin azalmasının qarşısını alaraq əzələ itkisindən qoruyur.
 
İftarı bir xurma ilə açmaq şirniyyat istəyimizi nisbətən səngidə, iftardan 2 saat sonra qəbul olunan bir porsiya meyvə isə günlük ehtiyacımızı qarşılaya bilər. Şirniyyatdan çox istifadə halları gün boyunca susuzluğa səbəb olacağı üçün iftar və imsakda çox miqdarda su qəbul etmək məsləhətdir. Enerji mənbəyimiz olan şirniyyatlardan istifadəni Ramazan ayı boyunca minimuma endirmək daha rahat oruc tutmağımıza şərait yaradar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev