"Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib
17.03.2024 12:23

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM), Avrasiya Onkoloji Dərnəyi, “Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, konfransda Azərbaycan və Türkiyədən dəvət edilmiş mütəxəssislər süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsullarını əhatə edən mövzularla çıxış ediblər.

 

Tədbir çərçivəsində, həmçinin xəstə təqdimatları, süd vəzi xərçənginə aid ən son yeniliklər və xüsusi halların geniş müzakirəsi aparılıb.

 

Konfransda dinlənilən məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev