Məktəblilər üçün maarifləndirici tədbir: “Həyatının memarı sən özünsən” 
17.03.2024 11:31

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhəri 336 və 52 nömrəli nömrəli məktəblərdə “Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. 

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) verilib.

 

Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, gənc nəsli sağlam həyat tərzi seçməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini, həkim Ülkər Camalova “Zərərli vərdişlər və narkomaniya ilə mübarizə” adlı geniş təqdimatla çıxış edərək, iştirakçılara zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib. Gənc nəslə sağlam qidalanmaq, zərərli vərdişlərdən uzaq olmaq, hər gün fiziki aktivliyə vaxt ayrırmaq tövsiyə olunub.


Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev