ABŞ-də təcrübə qazanmış uzman neyrocərrah Kliniki Tibbi Mərkəzdə çalışır  
14.03.2024 11:09
ABŞ-də təcrübə qazanmış uzman neyrocərrah Nicat Bayramlı hazırda fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirir.
 
Mərkəzdən Aztibb.az-a bildirilib kik, o, 2007-2013 illərində Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsində tibb təhsili alıb. 2015-2021 illərində Türkiyənin İzmir Şəhərində Sağlık Bilimleri Universiteti İzmir Tepecik Eğitim ve Araştırma Hastanesi Neyrocərrahiyyə Mərkəzində Uzmanlıq təhsili alıb. Uzmanlıq elmi işi müdafiəsini İstanbul Universiteti Cerrahpaşa Neyrocərrahiyyə Laboratoriyasında Dondurulmuş və Fiksasiya edilmiş insan beyinlərində “Amiqdalanın Mikrocərrahi anatomiyası” mövzusunda tamamlayıb.
 
Uzmanlıq təhsili sonrası İstanbul Universiteti Cerrahpaşa Neyrocerrahiyyə Mərkəzində Epilepsiya cərrahiyyəsi və Endoskopik yolla kəllə əsası şişləri əməliyyatlarında iştirak edib.
 
Nicat Bayramlı 2022-ci ildə İstanbul Memorial Xəstəxanası Onurğa Mərkəzində çalışıb.
2023-cü ildə Amerika Birləşmiş Ştatları Wisconsin-Madison Universitetinin dəvəti ilə prof. Mustafa K.Başkaya və prof. Robert Dempsey öndərliyində Beynin Damar xəstəlikləri və Kəllə Əsası şişləri əməliyyatlarında, klinik və laboratoriya araşdırmalarında iştirak edib.
 
O, həmçinin Azərbaycanın 2019-2023-cü illər Xaricdə Təhsil Üzrə Dövlət Proqramı Təqaüdçüsü olub. Türkiyə və ABŞ-də bir çox simpozium və konfranslarda iştirak edib. Beynəlxalq məqalələrin və kitab bölümlərinin müəllifidir.
 
Nicat Bayramlı hazırda fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır