Yeni Klinikada Kistoz Fibroz Günü qeyd edilib  
13.03.2024 16:37
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada 12 Mart - Kistoz Fibroz Günü ilə əlaqədar olaraq "Kistoz fibroz xəstələrinin poliklinika müşahidəsinin xüsusiyyətləri və müalicəyə yanaşma" mövzüsunda tədbir keçirilib.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, tədbir “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
 
Konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev, KİFYİB-nin rəhbəri Səadət Bayramova, Marmara Universiteti Pendik EAH-ın uşaq ağciyər xəstəlikləri şöbəsinin, həmçinin Selim Çöremen adına “Kistik Fibrozis Teşhis ve Tedavi” mərkəzinin rəhbəri prof. Bülent Karadağ və başqaları iştirak ediblər.
 
Kistoz fibroz (kistik fibrozis) xəstəliyinə fərqindəliyi artırmaq məqsədilə təşkil olunan tədbirdə xəstəliyin müalicəsi və ağciyər infeksiyon ağırlaşmalarına yanaşma mövzuları müzakirə olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev