Mərkəzi Neftçilər Xəstəxanasının yeni təmir edilən Fizioterapiya və reabilitasiya şöbəsinə son 3 ayda 10 mindən çox müraciət olub
13.03.2024 11:11
İstər regionlarda, istərsə də paytaxtda tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Son dövrlərdə Bakıda yerləşən bir sıra xəstəxanalarda müxtəlif şöbələr əsaslı təmir olunub, yenidənqurma işləri aparılıb. Mərkəzi Neftçilər Xəstəxanasının yeni təmir edilmiş Fizioterapiya və reabilitasiya şöbəsində də pasiyentlərə xidmət göstərmək üçün hər bir şərait yaradılıb.
 
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, xəstəxananın Fizioterapiya və reabilitasiya şöbəsində son 3 ayda 10 741 müraciət qəbul edilib.
 
Xəstələr şöbəyə nevroloq, travmatoloq, pulmonoloq, otorinolarinqoloq kimi ixtisas həkimləri tərəfindən yönəldilirlər. Eyni zamanda şöbənin tibb bacıları və instruktorlar stasionar xəstələrə də fizioterapiya xidmətləri göstərirlər.
Fizioterapiya və reabilitasiya şöbəsində elektroforez və qalvanizasiya, ampliplus, ultrasəs, fonoforez, UVÇ, parafin+naftalan terapiyası, müalicəvi masajlar, lazerterapiya, maqnitoterapiya, müalicəvi idman, inhalyasiya, ozonoterapiya və s. müalicəvi üsullardan geniş istifadə edilir.
 
Qeyd edək ki, 1956-cı ildən fəaliyyət göstərən Fizioterapiya və reabilitasiya şöbəsində 4 həkim, 16 tibb bacısı işləyir. Gələcəkdə şöbədə müalicə üçün nəzərdə tutulan metodların artırılması da nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır