Şirvanın Hacıqəhrəmanlı qəsəbə həkim məntəqəsində tibbi müayinə aksiyası təşkil olunub
11.03.2024 15:58
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tabeliyindəki Hacıqəhrəmanlı qəsəbə həkim məntəqəsində yerli sakinlər üçün səyyar tibbi müayinə aksiyası təşkil olunub.
 
Aztibb.az-a Şirvan RMX-dan verilən xəbərə görə, ixtisaslı həkim və laborant heyəti tərəfindən müayinə olunan şəxslərin diaqnozlarına uyğun müalicə də təyin edilib.
 
Səyyar müayinə zamanı sakinlər kardioloqun konsultasiyası və ürəyin EKQ müayinəsindən faydalanıblar. Eyni zamanda laboratoriyada müayinə olunmaq üçün vətəndaşlardan müvafiq qan nümunələri də götürülüb, oftalmoloji və lor cərrah tərəfindən müayinələr aparılıb. Onlar ətraflı müayinə və müalicə məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına dəvət olunub.
 
Səyyar tibbi aksiyanın məqsədi vətəndaşlara tibbi xidmətlərin əlçatanlığını təmin etməkdən, əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
 
Sakinlər aksiyanın təşkilatçılarına və həkim briqadasına minnətdarlıqlarını bildiriblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları”