Fuad Nəcəfli Naxçıvan Səhiyyə Nazirliyində yeni yaradılan “DƏSTƏK Mərkəzi” ilə tanış olub
09.03.2024 08:29

Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə Səhiyyə Nazirliyində yeni yaradılan “DƏSTƏK Mərkəzi” ilə tanış olub.

 

Bu məlumat Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilib.

 

Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov məlumat verib ki, mərkəzə daxil olan müraciətlər səhiyyənin səlahiyyətli dövlət orqanları tərəfindən vahid mərkəzdən idarə ediləcək.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta Agentliyinin təklif etdiyi xidmətlər əsasında fəaliyyət göstərən “DƏSTƏK Mərkəzi”nin gələcəkdə Şərur və Culfa Regional Tibb Mərkəzlərində də təşkil olunması planlaşdırılır.

 

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” ilə tanışlıq olub. Bildirilib ki, 2232 qaynar xətti ilə fəaliyyət göstərən mərkəzdə vətəndaş müraciətlərinə operativ və obyektiv şəkildə baxılacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev