Tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün təlim keçirilib
07.03.2024 17:58

TƏBİB-də kommunikasiya və ictimaiyyətlə əlaqələr işinin effektiv qurulması məqsədilə “İctimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, təlim qurumun "2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”ı çərçivəsində təşkil olunub.

 

Təlimdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən bəzi tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə 33 mütəxəssisi iştirak edib.

 

Təlimdə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin koordinasiyalı fəaliyyətinin əhəmiyyəti, media ilə düzgün işin qurulması və tibb müəssisələrinin sosial mediadakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu ictimaiyyətin məlumatlandırılması işinin düzgün təşkili məsələsinə toxunub, əsas çətinlik və problemləri diqqətə çatdırıb. O, görülən işlərin təbliği, hədəf auditoriyanın idarəedilməsi və digər mövzular barədə məlumat verib.

 

“Sosial mediada peşəkar fəaliyyət: ən çox edilən səhvlər” adlı təqdimatla çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Hicranə İsmayılova sosial media platformalarından istifadə qaydaları, sosial mediada fəaliyyətin təşkili, ən çox edilən səhvlər barədə konkret faktlar üzrə nümunələr göstərib, təlim iştirakçılarına xüsusi təlimatlar təqdim edib.

 

Təlim qarşılıqlı müzakirə və sual-cavab sessiyası ilə başa çatıb.

 

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeli tibb müəssisələrində hazırda 76 ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis çalışır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev