Naxçıvanda “Elektron resept” layihəsinin təqdimatı olub
07.03.2024 10:41

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ölkəmizdə həyata keçirilən milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan “Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirlərin tərkib hissəsi olan “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırması” layihəsinə keçidlə bağlı muxtar respublikada reseptlə işləyən həkimlər və əczaçılıq sektorunun nümayəndələri üçün təqdimat keçirib. 

 

Bu məlumat Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirıiyindən verilib.

 

Bildirilib ki, səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov tədbirdə cıxış edərək qeyd edib ki, elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda, elektron resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edir.

 

Layihənin başlıca məqsədi dərman vasitələrinin təqib və izləmə sisteminin vahid rəqəmsal platforma üzərində birləşdirməkdir. İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, 1 may 2024 tarixindən etibarən isə digər dərman vasitələrinin real vaxt rejimində izlənilməsinə başlanılacaq.

 

Sonra nazirliyin “Əczaçılıq’ sektorunun aparıcı məsləhətçisi Çinarə Məmmədova Elektron resept sisteminin üstünlükləri barədə danışaraq bildirib ki, sistemin başlıca üstünlüklərindən biri də dərmanların respublikaya idxalından vətəndaşa çatanadək olan prosedurların izlənə bilməsi və ölkədə qeydiyyatda olmayan dərmanların satışına nəzarət olunmasıdır.

 

Nazirliyin “Tibbi statistika və rəqəmsallaşdırma” sektorunun baş məsləhətçisi Nüsrət Kərimov “Elektron resept” sistemi vasitəsilə tibb müəssisələrində pasiyentlərə dərmanların təyinatı və əcxanalarda satış qaydalarını izah edib. Qeyd olunub ki, sistem tam işlək vəziyyətə gələnədək təlimlər davam etdiriləcək.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır