İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
07.03.2024 09:58

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Liv Bona Dea Hospitalına media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını Agentliyin müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək, xəstəxanada ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunması barədə məlumatlandırmaq və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, səfər çərçivəsində iştirakçılara xəstəxanada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər barədə məlumat verilib. Hospitalda icbari tibbi sığortanın tətbiqinə 2022-ci ilin mart ayından başlanılıb. Göndəriş vasitəsilə hospitala sığorta çərçivəsində tibbi xidmət almaq üçün müraciətlər əsasən ürək-damar cərrahiyyəsi, invaziv radiologiya, kardiologiya, oftalmologiya, travmatologiya, urologiya və digər sahələr üzrə olur. Bu günə qədər xəstəxanada 2500-dən çox cərrahi əməliyyat icra olunub. Bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, uroloji, invaziv kardioloji/radioloji, endoprotezləşdirmə və s. xidmətlər yer alıb.

 

Hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə hospitalda 1991 tibbi xidmət göstərilib. 2023-cü ildə isə vətəndaşlar 5779 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 67%-i ambulator, 33%-i isə stasionar şəraitdə göstərilib.

 

Qeyd edək ki, Agentlik və Bona Dea Hospitalı arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair imzalanmış müqaviləyə əsasən sözügedən xəstəliyin aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxildir. 2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.

 

Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində əməliyyat olunan pasiyentlərin müsbət rəylərini öyrəniblər.

 

Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə hospital tərəfindən “check-up” müayinə paketi hədiyyə olunub.

 

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır