Yeni Klinika İsrailin sığorta şirkəti ilə tibbi sığorta və tibbi turizm sahəsində əməkdaşlıq edəcək
07.03.2024 12:44

Yeni Klinika ilə İsrailin tanınmış “Madanes” Sığorta Qrupunun Azərbaycandakı nümayəndəliyi “Managed Care Azerbaijan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, bu məqsədlə keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Yeni Klinikanın direktoru Barat Yusubov, “Managed Care Azerbaijan” şirkətinin İcraçı direktoru Tural İslamov və “Madanes” şirkətinin MDB ölkələri üzrə baş direktoru Yelena Solopova, TƏBİB-in və Yeni Klinikanın aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak edib.

 

Bu əməkdaşlıq şirkətin MDB və Şərqi Avropa, habelə Asiya ölkələrindəki müştərilərinin Azərbaycanın tibbi resurslarından istifadə etməsinə, tibbi turizmin inkişafına əlverişli şərait yaradacaq. Əlavə olaraq qeyd edək ki, sözügedən şirkət qabaqcıl tibbi və sığorta texnologiyalarının tətbiqi istiqamətində də Yeni Klinikaya dəstək göstərəcək.

 

"Managed Care Azerbaijan" İsrailin ən böyük sığorta agentliklərindən biridir və 50 ilə yaxın müddətdir ki, tibbi sığorta və tibbi turizm sahəsində iş təcrübəsinə malikdir. Şirkətin Azərbaycanda nümayəndəliyinin açılması, MDB ölkələrində fəaliyyətinin inkişafına və 1.5 milyondan çox müştərisi ilə bu ölkələrdə birinci sinif sığorta və tibbi xidmətlərdən istifadə etməsinə şərait yaradıb.

 

Yeni Klinikanın hədəfləri barədə qonaqlara məlumat verən Araz Nəsirov klinikada pasiyent məmnunluğunun və təhlükəsizliyinin təmin olunmasına, keyfiyyətli və effektiv tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrıldığını bildirib: “Bu cür beynəlxalq əməkdaşlıqlar tibb müəssisələrinin gələcək fəaliyyətinə müsbət təsir göstərir və tibbi xidmətin keyfiyyət meyarlarında müsbət dəyişiklərə səbəb olur”.

 

Yeni Klinikanın direktoru Barat Yusubov 2020-ci il tarixindən fəaliyyət göstərən tibb müəssisəsində hazırda 500-dən çox həkim və tibbi heyətin çalışdığını, Cərrahiyyə və Transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və İnsult (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.

 

Sonda qonaqlar tibb müəssisəsi ilə tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır