Ahıl şəxslər oftalmoloji müayinələrdən keçiblər
07.03.2024 12:34

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Qlaukoma Həftəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial xidmət müəssisəsində tibbi aksiya keçirilib.


Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində 55 nəfər müayinə olunub. Müayinə zamanı pasiyentlərdə refraksiya patologiyası, katarakta, presbiopiya və s. aşkar edilib. 

 

Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, profilaktik və müalicə tədbirləri heyata keçirlməkdir.

 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Gülnarə Məmmədova, Gülmin Əhmədova və rezident Səbinə Quliyeva tərəfindən həyata keçirilib.

 

Eyni zamanda, aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçiləri Cənnət Kazımova və Züleyxa Yusifova iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev