Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib  
07.03.2024 10:37
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin və onun strukturuna daxil olan idarələrin əməkdaşları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.
 
Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək ölkəmizdə icbari tibbi sığortanın bünövrəsinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, daha sonra Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaranması və uğurlu fəaliyyəti barədə ətraflı məlumat verib.
 
Daha sonra təlimdə İTSA-nın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin Marketinq və Tədbirlər şöbəsinin aparıcı məsləhətçisi Fuad Bayramov icbari tibbi sığortadan istifadə qaydaları, qeydiyyat üçün tələb olunan sənədlər, stasionar tibbi xidmətlərin alınması və mövzu ilə əlaqəli təqdimatla çıxış edib.
 
Təqdimatlardan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb və təlim gömrük əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır