Botanika İnstitutu Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqa üzv olub  
06.03.2024 10:32

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqa (BCAA - Biodiversity Conservation Alliance for Arid Land) üzv olub.

 

Bu barədə Aztibb.az-a Botanika İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, 2022-ci il dekabrın 11-də Kanadanın Monreal şəhərində biomüxtəliflik üzrə konvensiyasının (CBD) 15-ci tərəflər konfransı (COP15) çərçivəsində Beynəlxalq Elm Təşkilatları İttifaqı (ANSO) və Çin Elmlər Akademiyasının Xinjang Ekologiya və Coğrafiya İnstitutunun (XIEG) birgə təşkilatçılığı ilə “Quraq torpaqlarda yaşıl həyat üçün biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” mövzusunda paralel tədbir keçirilib. Həmin tədbir zamanı Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaq XIEG-in təşəbbüsü ilə Beynəlxalq Elm Təşkilatları İttifaqı (ANSO), İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICIMOD), Tottori Yapon Universitetinin Quru torpaqların tədqiqatı və təhsil üzrə beynəlxalq platforma (IPDRE), Tacikistan Milli Elmlər Akademiyası (NAST), NAST-ın Botanika, Fiziologiya və Bitki Genetikası İnstitutu, NAST-ın Zoologiya və Parazitologiya İnstitutu, NAST-ın Pamir Bioloji İnstitutu, Qazaxıstanın Zoologiya İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu və Qırğızıstan Milli Elmlər Akademiyasının Biologiya İnstitutu ilə birlikdə yaradılıb.

 

Bu ittifaqın yaradılmasında başlıca məqsəd quraq ərazilərdə biomüxtəlifliyin vəziyyəti və problemlərinə diqqət yetirmək, müxtəlif ölkələrin alimlərini bir araya gətirmək, növlərin yox olmasına səbəb olan mexanizmlər, ekosistemin yaxşılaşdırılması, bioloji resursların mühafizəsi və davamlılığı kimi əsas məsələlər üzrə birgə tədqiqatlar aparmaq, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin və “Biomüxtəlifliyə dair 2050” baxışının həyata keçirilməsinə töhfə vermək və quraq torpaqlarda bütün həyat üçün ortaq gələcəyi olan icmanın qurulmasını təşviq etməkdir. Fəaliyyət planına əsasən, bu ittifaq gələcəkdə quraq ərazilərdə biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üzrə birgə tədqiqatların keçirilməsi, bilik mübadiləsi, potensialın artırılması və digər fəaliyyətlər üzrə hökumətlər, vətəndaş cəmiyyətləri, alimlər və yerli icmalar üçün beynəlxalq platforma hesab olunacaq.

 

Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Botanika İnstitutu və Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır