JOB sindromu diaqnozu qoyulan 8 yaşlı oğlan Respublika Uşaq Klinik Xəstəxanasında müalicə alıb
04.03.2024 16:35
8 yaşlı pasiyent (kişi cinsli) bədənin müxtəlif yerlərində yaranan abseslər və təkrarlanan alt tənəffüs yolu infeksiyası şikayətləri ilə Akademik M.Ə. Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, pasiyent uzman həkim-allerqoloq və immunoloq Röyalə Babayeva tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib. Pasiyentdən genetik analizi götürülüb və laborator müayinəyə göndərilib. Genetik analizində STAT3 genində c.1387_1389 del (p.Val463del) mutasiya görülüb.
 
Otozomal dominant bir xəstəlik olan JOB sindromu olaraq təsdiqlənib.
 
İxtisaslaşmış həkim tərəfindən venadaxili immunoqlobulin müalicəsi, profilaktik antibiotik və göbələk əleyhinə profilaktikaya başlanılıb.
 
Hazırda pasiyent özünü daha yaxşı hiss edir.
 
Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə tibb müəssisəsinin rəhbərliyinə, uzman həkim Röyalə Babayevaya təşəkkürünü bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır