Mərkəzi Qan Bankının laboratoriyası tam avtomatlaşdırılmış seroloji cihazlarla təmin olunub
04.03.2024 15:50
Ölkəmizdə qan və qan komponentlərinin keyfiyyətinin, təhlükəsizliyinin təmin olunması və dünya standartlarına cavab verməsi üçün Mərkəzi Qan Bankının laboratoriyası 01.04.2022-ci il tarixindən etibarən FDA tərəfindən qan bankında istifadəsi üçün təsdiqlənmiş tam avtomatlaşdırılmış seroloji cihazlar (yeganə sistemlər Abbott Alinity-s) ilə təmin olunub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu sistemlər ən həssas, dəqiq və spesifik tam avtomatlaşdırılmış sistemlər hesab olunur.
Aztibb.az-ın xəbərinə görə, donorlarda aparılan infeksion xəstəliklər üzrə laborator analizlərdə bəzi hallarda virusun pəncərə dönəmində, infeksiyanın başlanğıc dövründə, virusun antigeninin və ya virusa qarşı anticisimlərin təyin olunmayacaq miqdarda olması və s. yalançı neqativ nəticə olma ehtimalı vardır. Belə ki, seroloji üsulu ilə icra olunan analizlərin, məsələn HIV virusunda seroloji üsulda pəncərə müddəti 16 gün, Hepatit B virusunda seroloji üsulda 59 gün, Hepatit C virusunda seroloji üsulda 12 həftədən 6 aya qədər təşkil edə bilir. Ən spesifik və həssas üsullar (PZR üsulu) istifadə olunsa belə, neqativ nəticələr qanda virus olmadağını inkar etmir. Buna bağlı olaraq, qan və qan komponentləri köçürülmədən öncə pasiyentə bu təhlükənin olduğu haqqında mütləq ətraflı məlumat verilir və yalnız razılıq sənədi imzalandıqdan sonra qan köçürülməsi icra olunur. Xüsusilə yüksək risk qrupuna aid olan hematoloji xəstələrdə, transfuziyanın mütəmadi həyata keçirilməsi infeksiyaya yoluxma riskini artırır.
Eyni zamanda qanla yoluxan infeksiyalar qan transfuziyası ilə yanaşı, cinsi yolla və invaziv (stomatoloji, ginekoloji, cərrahi və s.) hər hansı bir prosedurun icrasından sonra da görülə bilər.
Ötən həftə ərzində sosial mediada Mərkəzi Qan bankının işini şübhəyə salan, elmi sübutu olmayan, pasiyentləri və donorları təşvişə salan yanlış məlumatlar paylaşılıb. Əsassız yayılan məlumatlar isə vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.
Müvafiq məsələ ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkləzi adiyyəti rəsmi qurumlara lazımı tədbirlərin görülməsi ilə bağlı müraciət edib.
Mərkəz pasientləri və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi və elmi əsaslara dayanan məlumatlara istinad etməyə çağırır.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

