TƏBİB “Sağlamlığın Qorunması” İctimai Birliyi ilə əməkdaşlıq edəcək
02.03.2024 10:18

"Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması məqsədilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a İctimai Birlikdən verilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, direktorun müşaviri Emin Xəlilov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək bu cür əməkdaşlıqların səhiyyə sisteminin daha da inkişafına, gələcəkdə aktiv layihələrin həyata keçirilməsinə, tərəflər arasında faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulmasına zəmin yaratdığını söyləyib.

 

Daha sonra Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və digər əməkdaşlar çıxış ediblər.

 

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva qeyd edib ki, bu sənəd əhalinin sağlamlığının qorunması sahəsində və davamlı tibbi təhsil çərçivəsində tibb işçilərinin ixtisasları üzrə biliklərinin artırılması məqsədi daşıyır. O, qarşılıqlı əməkdaşlığın Azərbaycanda səhiyyə sisteminin daha da inkişafına öz töhfəsini verəcəyini deyib, birgə uğurlu işlərə imza atmaq üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Daha sonra TƏBİB və “Sağlamlığın Qorunması” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev