Xətai Tibb Mərkəzində 15 yaşlı uşaq ölümdən xilas olunub
01.03.2024 15:42

15 yaşlı Tahir Mehdili Füzuli rayonundan Xətai Tibb Mərkəzinə qida borusunun qanaxması ilə gətirilib. Vəziyyəti çox ağır və ümidsiz olub.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən bildirilib.

 

Qeyd olunub ki, pasiyenti təcili müdaxilə ilə vəziyyətdən çıxaran uşaq cərrahı Cavid Dadaşov onun qida borusunda vorikoz genişlənmə aşkar edib.

 

Eyni vəziyyət və diaqnozla uşaq 2021-ci ildə müalicə olunub. 2024-cü ildə təkrarlanan qanaxma dayandırılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

 

Müəyyən müayinələrdən sonra ikinci mərhələdə Tahir Mehdini əməliyyat gözləyir. Onu uşaq cərrahı, tibb elmləri doktoru, əməkdar həkim Gündüz Ağayev həyata keçirəcək.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır