Tanınmış onkoloq Əlövsət İsayevin 50 yaşı tamam olur
01.03.2024 11:56

Bu gün Milli Onkologiya Mərkəzinin həkimi, ortopediya və travmatologiya uzmanı, ortopedik onkologiya, əl cərrahiyyəsi və mikrocərrahiyyə üzrə mütəxəssis Əlövsət İsayevin 50 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Əlövsət İsayev 1974-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Bakıda orta məktəbi qızıl medalla bitirən həkim 1991-ci ildə Türkiyyədə təhsil almaq üçün keçirilən imtahanlardan yüksək bal toplayıb. 

 

O, 2000-2001-ci illərdə İstanbulda Qırmızı Aypara Cəmiyyətində həkim işləyib. 2002-ci ildə TUS imtahanını verərək Ege Universiteti Ortopediya və Travmatologiya kafedrasında ixtisaslaşma kursu keçib. 2006-cı ildə Ege Universitetində “Anevrizmal və bəsit sümük kistalarında müalicə nəticələri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək ortopediya və travmatologiya üzrə uzmanlıq dərəcəsi alıb.


Əlövsət İsayev 2007-2008-ci illərdə İstanbul şəhərində özəl xəstəxanada ortopediya və travmatologiya mütəxəssisi olaraq fəaliyyət göstərib. 2009-cu ildən Milli Onkologiya Mərkəzində ortopediya və travmatologiya mütəxəssisi, həmçinin ortopedik onkoloq vəzifəsində çalışır.

 

Peşəkar həkim dayaq hərəkət aparatının bir çox xəstəliklərində lazım gələn mürəkkəb cərrahiyyə əməliyyatlarını müvəffəqiyyətlə dünya standartları səviyyəsində icra etməkdədir. O, apardığı tədqiqatlara dair ölkəmizdə və xaricdə çap olunmuş bir sıra məqalələrin müəllifidir.

 

Aztibb.az portalı adından uzman həkim Əlövsət İsayevi 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq.

 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır