Xarici həkimlər Yeni Klinika ilə tanış olublar  
28.02.2024 16:13
Yeni Klinikada Azərbaycan Pediatriya Cəmiyyətinin və WSA4P (Pediatriyada Probiyotiklər, Prebiotiklər və Postbiotiklərin Dünya Elmi Assosiasiyası) cəmiyyətinin birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib.
 
Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin üzvü, Yeni Klinikanın Pediatriya şöbəsinin müdiri Əkbər Quliyevin moderatorluğu ilə baş tutan konfransda Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, Azərbaycan Pediatriya Cəmiyyətinin məsul katibi, uşaq kardioloqu Günel Qafarlı-Esdaile, müxtəlif ölkələrdən gələn 40 xarici qonaq və yerli həkimlər iştirak ediblər.
 
Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.
 
Bildirilib ki, tədbirdə mikrobioma və anadangəlmə ürək qüsurları, uşaqlarda meninqokok infeksiyası kimi mövzular müzakirə olunub.
 
Elmi konfransın sonunda xarici həkimlər Yeni Klinika ilə yaxından tanış olublar.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev