Qaraciyər yağlanmasının əsas səbəbləri və müalicə üsulları
08.03.2024 15:03
Qaraciyər yağlanması (hepatosteatoz) qaraciyərdə öz ağırlığının 5 %-dən çox yağın toplanmasına deyilir.
Binəqədi Tibb Mərkəzinin həkim-qastroenteroloqu Aynurə Məmmədova Aztibb.az-a bildirib ki, hərəkətsizlik, düzgün qidalanmama vərdişləri, şəkərli diabet, alkoqol istifadəsi və piylənmə qaraciyərdə yağlanmanı artırır.
Həkimin sözlərinə görə, qaraciyər yağlanması daha çox səssiz seyr edən, zaman içində geriyə dönməyən zədələnmələrə - sirroza qədər gətirib çıxaran bir xəstəlikdir. İlkin mərhələdə proses geriyə dönəndir: "Xəstəlik əsasən asimptomatik gedir. Əsas simptomlar halsızlıq, tez yorulma, sağ qabırğaaltı ağrı və dolğunluq hissi olur. Diaqnozun təyin edilməsində ilkin mərhələdə USM-dən istifadə olunur".
Aynurə Məmmədova artıq çəki, şəkərli diabet, arterial təzyiq, qanda triqliserid və xolesterolun yüksək olması kimi amillərin qaraciyər yağlanmasının risk faktorlarına aid olduğunu söyləyib.
Qaraciyər yağlanmasına dair məsləhətlərini verən Aynurə Məmmədova həkim müayinəsinin mütləq olduğunu qeyd edib. Qastroenteroloq həyat tərzi dəyişikliyini, çəki azaltmağı, fiziki aktivliyi artırmağı, alkoqoldan imtina etməyi, tərkibində şəkər olan qidalar və içkilərdən uzaq durmağı və günlük meyvə-tərəvəz istifadəsini artırmağı məsləəhət görüb. Bildirib ki, stress də kortizol hotmon sintezini artırır və nəticədə yağ toplanmasına səbəb ola bilir.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

