Üzün müddət davam edən ürək spazmları infarkt xəbərdarlığı ola bilər!
02.03.2024 11:49

Ürək spazmı, ürəyi qidalandıran damarlarda qəfil daralma (vazospazm) nəticəsində yaranan müvəqqəti ürək-damar tıxanmasıdır.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 

Uzman həkim qeyd edib ki, ürək spazmının simptomlarına ağrı, qəfil zəiflik, tərləmə, nəfəs darlığı, ürək döyüntüsü və ritmindəki dəyişikliklər daxildir. Çox vaxt sadə görünən sinədə hiss olunan ağrı ürək spazmının əlaməti ola bilər. İnfarktın erkən xəbərdarlığı olan bu spazmlar çox vaxt səhər tezdən baş verir və insanları yuxudan oyadır.

 

Onun sözlərinə görə, koronar arteriya spazmı ən çox siqaret çəkən və ya yüksək xolesterin və ya yüksək təzyiqi olan insanlarda olur. Anginalı insanların təxminən, 2 %-də (sinə ağrısı və təzyiq) koronar arteriya spazmı var.

 

Cabir Gülmalıyev bildirib ki, spazm adətən 5 ilə 30 dəqiqə çəkir. Üzün müddət davam edən spazmlar infarkt xəbərdarlığı ola bilər!

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev