İnternat məktəblərində maarifləndirici tədbirlər keçirilib
27.02.2024 11:49

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqla, şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə və sağlamlığın qorunmasına həsr olunan tədbirlər təşkil edilib.

 

Bu məlumat Aztibb.az-a İSİM-dən verilib.

 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəb, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəb, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli tam orta internat məktəb, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəb, E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəb, 8 nömrəli sanatoriya tipli internat məktəb, 10 nömrəli sanatoriya tipli internat məktəb, 11 saylı inteqrasiya təlimli internat məktəb, Sumqayıt şəhəri general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya və Sumqayıt şəhər internat tipli gimnaziyada maarifləndirici tədbirlər keçirilib.

 

İSİM-in nümayəndələri – Lətafət Dadaşova, Pərvin Quliyeva, Gülnarə Cəfərova, Sevinc Bağırova, Elnarə İsmayılova iştirakçıları sağlam qidalanma, fiziki aktivlik, ağız boşluğunun gigiyenası, gigiyena qaydaları və qurd xəstəliklərinin profilaktikası, yol hərəkət qaydaları mövzularında təqdimatla çıxış ediblər. İSİM-in nümayəndələri şagirdləri erkən yaşlardan başlayaraq orqanizmin sağlamlığının qeydinə qalmağa, gün ərzində fiziki aktiv olmağa, yol təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıblar.

 

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və İSİM tərəfindən hazırlanaraq nəşr edilən materiallar paylanılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev