Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
26.02.2024 14:25
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə institutun direktoru İradə Axundova açaraq Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, bu dəhşətli soyqırıma hüquqi və siyasi qiyməti Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib.
 
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri azad edilib. Azərbaycanın suverenliyi bərqərar olub və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub. Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
 
Tədbirdə institutun digər struktur və bölmə rəhbərləri də çıxış ediblər.
 
Sonda “Xocalıdan 5 yaşlı qız” filmi nümayiş etdirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev