Elmi-Tədqiqat Pediatriya İnstitutunda tədbir: “Xocalı soyqırımı – qan yaddaşımız!” 
26.02.2024 12:37
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı tədbir keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə institutun direktoru t.ü.f.d., dos. Aynur Poluxova çıxış edərək Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.
 
Aynur Poluxova bildirib ki, faciədən 32 il ötməsinə baxmayaraq, bu gün millətin yaddaşında sağalmayan iz buraxıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazılıb. 
 
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edən vurğulayıb ki, Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-nın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Aynur Poluxova faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini bildirib.
 
O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərindən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
 
Sonda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev