Kürdəmir RMX-da Xocalı faciəsinin qurbanları yad edilib
26.02.2024 11:31

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Xocalı faciəsinin qurbanları yad edilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə Xocalıda soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbirdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib. Xocalı həqiqətlərindən danışan direktor, bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.  Bildirib ki, dövlət suverenliyinin bütün ölkə ərazisində bərqərar edilib.

  

Daha sonra Kürdəmir RMX-nın hüquqşünası Ə.Abdulxalıqov, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi E.Cavadova çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır