ETPİ-də yenidoğulmuş körpələrdə eşitmə skrininqi ilə bağlı seminar keçirilib
25.02.2024 11:56

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) yenidoğulmuş körpələrdə eşitmə skrininqi ilə bağlı seminar keçirilib.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ETPİ-də 2024-cü ilədək eşitmə funksiyasının pozulma riski olan uşaqlarda eşitmənin dəyərləndirilməsi aparılmayıb. Eşitmə funksiyasının dəyərləndirilməsi riskli uşaqlarda həyatlarının ilk 3-cü günü, təkrar 7-15-cü günü, təkrar 15-28-ci günündə aparıla bilər.

 

Eşitmə funksiyasının dəyərləndirilməsi, yenidoğulmuşların eşitmə skrininq testi haqqında İnstitutun otorinolarinqoloqu Gülşən Qədirli təqdimatla çıxış edib. O, müayinələrin keçirilməsinə 23 fevral 2024-cü il tarixindən start verildiyini kollektivin nəzərinə çatdırıb. Yenidoğulmuşların eşitmə skrininq testinin İcbari Tibbi Sığortanın “Xidmətlər Zərfi”nə daxil olması barədə xəstə xidmətləri şöbəsi tədbir iştirakçılarına məlumat verib. Hansı körpələrdə bu xidmət aparılacaqsa, onların xəstəlik tarixlərinə bu müayinə haqqında informasiyanın daxil edilməsi barədə ətraflı müzakirələr aparılıb və ambulator xidmət üçün blanklar hazırlanıb, kollektivə təqdim edilib.

 

Yenidoğulmuşların eşitmə skrininq testinin aparılması İnstitutda körpələrin hərtərəfli müayinəsini təmin etməklə tərəfimizdən göstərilən tibbi xidmətin keyfiyyətinin xeyli artmasına səbəb olacaq, sağlam nəslin yetişməsinə və vaxtında profilaktik tədbirlərin aparılmasına öz töhfəsini verəcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır