Samux RMX-nın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyinat olunub
25.02.2024 12:03

Samux Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olunub. Sözügedən vəzifə Edilxanov Elxan Xalıqverdi oğluna həvalə olunub.

 

Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.

 

Bildirilib ki, Edilxanov Elxan Xalıqverdi oğlu 17 aprel 1972-ci ildə Kəlbəcər rayon Zəylik kəndində anadan olub. 1988-1994-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 1994-1996-cı illərdə Gəncə şəhər Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında internatura keçib və onkoloq vəzifəsində çalışıb.

 

O, ön cəbhə hospitalında baş ordinator cərrah, tibb bölüyü komandiri aparıcı cərrah, Gəncə hospitalında cərrah kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında, 2010-2017-ci illərdə Dəliməmmədli şəhər xəstəxanasında, 2017-2019-cu illərdə Gəncə şəhər Z.Məmmədov adına Təcili tibbi yardım xəstəxanasında cərrah işləyib.

Həkim 2017-ci ildə laparoskopik kursdan keçib sertifikata layiq görülüb.


2019-2021-ci illərdə Gəncə Dəmiryol Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-2024-cü illərdə Kəlbəcər hospitalının Cərrahiyyə bölməsinin rəisi olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev