Maarifləndirici tədbir: “Peyvəndlənmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur” 
23.02.2024 13:49

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında bu tibb müəssisəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Peyvəndlənmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Rayon Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, tədbirdə ədbirdə müəssisənin direktor müavini, ilkin səhiyyə xidmətinin rəhbəri Kamal Məmmədov çıxış edərək peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyinin ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola biləcəyini qeyd edib.

 

Daha sonra tədbir iştirakçılarının çıxışları dinlənilib. Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyasının uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılmalı olduğu və yoluxmanın qarşısını almaq məqsədilə peyvəndləmənin vacibliyi qeyd edilib.

 

Həmçinin tədbirdə iştirakçılara mövcud vəziyyətlə əlaqədar maarifləndirici bukletlər paylanılıb.

 

Sonda mütəxəssislər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır