ATU-da maarifləndirici tədbir keçirilib  
23.02.2024 11:36
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Tibb Universitetində (ATU) sağlam həyat tərzi və düzgün yuxu rejiminin insan həyatında roluna həsr olunan maarifləndirici tədbir keçirilib.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, tədbir gənc nəsli sağlam həyat tərzi və düzgün yuxu rejimi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.
 
Mərkəzin Monitorinq və təhlil şöbəsinin müdir muavini Zümrüd Kazımova “Sağlam həyat tərzi. Yuxu pozğunluqları” mövzusunda geniş təqdimatla çıxış edərək sağlamlığın qorunması, sağlam həyat tərzinin üstünlüyü, yuxusuzluğun fəsadları haqqında ətraflı məlumat verib. Yuxu rejiminin idrak və dərketmə prosseslərinə təsir etdiyi vurğulanıb və gənclərə sağlam, düzgün yuxu rejiminə riayət etmək tövsiyə olunub.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev