Türkiyənin ilk robotlaşdırılmış giroskopik radiocərrahiyyə cihazı istifadəyə verilib
21.02.2024 14:34

Türkiyənin ilk robotlaşdırılmış giroskopik radiocərrahiyyə cihazı Hacettepe Universiteti Tibb Fakültəsi Onkoloji Xəstəxanasında istifadəyə verilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, istifadəyə verilən cihazla bağlı mətbuata açıqlama verən Hacettepe Universiteti Tibb Fakültəsi Radiasiya Onkologiyası kafedrasının müdiri, prof. Gökhan Özyiğit bildirib ki, bu cihaz dünyada 18-ci, Türkiyədə isə ilk cihazdır.

 

Özyiğit baş-boyun xərçəngi və beyin bölgəsindəki xəstəliklərin müalicəsində istifadə ediləcək cihazın bəzi xoşxassəli şişlərin müalicəsində müsbət təsirlərə malik olduğunu açıqlayıb.

 

Cihaz sayəsində xəstələrin ümumi anesteziyaya ehtiyac olmadan şüurlu şəkildə müalicə ediləcəyini deyən professor Özyiğit, "Xəstələr heç bir ağrı hiss etməyəcək. Müalicə xəstəliyin vəziyyətinə görə 20 dəqiqə ilə 1 saat arasında davam edəcək. Müalicə tamamlansa, xəstələrimiz gündəlik işlərinə qayıda biləcəklər”, - söyləyib.

 

O, bldirib ki, cihazdakı rentgen şüaları çox yüksək enerjiyə malikdir. Belə ki, şiş hüceyrəsi dəqiq aşkar olunaraq məhv edilərkən, sağlam hüceyrə qoruna bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev