Pilonidal sinusun ağırlaşmamış və ağırlaşmış formaları var
21.02.2024 15:32
Pilonidal sinus dəridən əmələ gələn ciblər və onların iltihabi ağırlaşmalarıdır. Bu xəstəliyə bəzən qıl dönməsi, dermoid sist də deyilir. Əksər hallarda büzdüm, bəzən isə qasıq, göbək və qoltuq nahiyələrində rast gəlinir.
 
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Elgiz Quliyevin Aztibb.az-a verdiyi məlumata görə, pilonidal sinusun ağırlaşmamış və ağırlaşmış formaları var. Ağırlaşmış formalar klinik gedişinə görə kəskin və xroniki olmaqla iki yerə bölünür. Kəskin forma abses və fleqmona şəklində, xroniki formalar isə təkrarlanan fistul, kista şəklində rast gəlinir. Dəridə əmələ gələn ciblərin dəlikləri yağ, tər və tüklərlə tutulduqda cib daxilində durğunluq, bu isə infeksiyanın inkişafına səbəb olur və xəstəliyin klinik əlamətləri başlayır.
 
Elgiz Quliyev bildirib ki, klinik olaraq ağırlaşmamış hallarda büzdüm nahiyəsində dəlik, dəlikdən açıq rəngli mayenin xaric olması və tük tıxacları olur. Ağırlaşdıqda isə adətən yerli iltihab əlamətləri: qızartı, şişkinlik, ağrı, yerli hipertermiya, funksiyanın pozulması kimi əlamətlər olur. Bəzən isə irinlik ətraf toxumalara yayılaraq fleqmona və büzdüm sümüyünün osteomielitinə səbəb olur.
 
Həkimin sözlərinə görə, diaqnoz əksər hallarda klinik əlamətlərə əsasən qoyulur. Diaqnostik çətinlik olarsa fistuloqrafiya və KT müayinəsi təyin oluna bilər. Müalicəsi dəridəki ciblərin ləğv olunmasından ibarətdir. Müalicə taktikası klinik formasından asılı olaraq dəyişir. Əgər ağırlaşmamış formadırsa travmatizasiyadan qorunmaq və gigiyen qaydalarına əməl etmək lazımdır. Abseslə ağırlaşıbsa absesin açılması və drenajı, iltihabı söndükdən sonra planlı qaydada ciblərin radikal çıxarılmasından ibarətdir. Xroniki formada isə Lazerlə, endoskopik və cərrahi üsullar tətbiq olunur. Cərrahi üsullar arasında birincili tikiş, yaranın açıq saxlanılması və dəri plastikası üsulları tətbiq olunur
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev