Şirvan Ürək Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı icra olunub
21.02.2024 10:25
Şirvan Ürək Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı icra olunub. İcbari tibbi sığorta ilə reallaşdırılan əməliyyat 55 yaşlı pasiyent üzərində həyata keçirilib.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən xəbərə görə, əməliyyat uzman ürək-damar cərrahı Beyrək Abbaszadə tərəfindən icra edilib. Professor, ürək-damar cərrahı Kamran Musayevin və Şirvan Ürək Mərkəzinin rəhbəri Yunis Həsənovun dəstəyilə reallaşan və təxminən 3 saat davam edən əməliyyat uğurla baş çatıb. Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxşdir.
 
Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Ürək Mərkəzində 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xidmətlər göstərilir. Səkkiz təcrübəli həkim və otuza yaxın tibbi personal müasir kardio-diaqnostika ilə angioqrafiya sahəsindəki ən yeni avadanlıq və cihazlardan istifadə edir.
 
Mərkəzdə minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə, eləcə də qazanılan ürək qüsurlarının müalicəsi, ürək ritminin pozğunluğunun invaziv yolla müalicəsi, müvəqqəti və daimi kardio stimulyatorların, implant edilə bilən defibrilyatorların implantasiyası və digər əməliyyatların həyata keçirilməsi mümkündür. Mərkəzdə Angioqrafiya, Ürək cərrahiyyəsi, əməliyyatdan sonra xəstələrin təqibi üçün İntensiv terapiya və reanimasiya bölmələri fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır