Ağdaş RMX-nın Tibbi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
20.02.2024 18:52

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın iclası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, iclasda müəssisənin direktoru İntiqam İbrahimov açaraq Tibbi Şuranın gündəliyinə daxil edilmiş mövzular ətrafında danışıb.

 

Şurada Ağdaş RMX-nın texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və xəstəxanaya yeni ixtisaslı həkim mütəxəssislərin cəlb edilməsi yolu ilə göstərilən tibbi xidmətlərin sayının artırılması istiqamətində görülmüş tədbirlər müzakirə edilib.

 

Həmçinin Ağdaş rayonunda vərəm xəstəliyinə qarşı aparılan profilaktik tədbirlər, rayonda DOTS proqramının tətbiqi, 2023-cü ildə parazitoloji işlərə aid görülmüş işlər, yerinə yetirilmiş narkomaniya və alkoqolizmlə mübarizə tədbirləri, eləcə də rayonda polimielit və difteriya xəstəliyi ilə mübarizədə profilaktik tədbirlərin gücləndirilməsi, polimielitdən azad statusun saxlanılması, rayon tibb müəssisələrinin 2023-cü ilə aid hesabatlarının nəticələrinə dair mövzular müzakirə edilib.

 

Sonda İntiqam İbrahimov Şuraya yekun vuraraq, qarşıda duran məsələlərdən danışıb və struktur bölmələrə öz tapşırıqlarını verib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır