Asiman Həsənov  Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ilə görüşüb
20.02.2024 09:49
Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru, dos. Asiman Həsənov Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ilə görüşüb.
 
Bu məlumat Aztibb.az-a Mərkəzdən bildirilib.
 
Görüş zamanı Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivinə veteranlara göstərdikləri qayğı və diqqətə görə təşəkkürünü bildirən polkovnik Cəlil Xəlilov onların əməyini yüksək qiymətləndirib:
 
“Bakı Sağlamlıq Mərkəzi ölkəmizin nümunəvi tibb mərkəzlərindən biridir. Hər il yüzlərlə veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır, həkimlərimizin səyi ilə öz sağlamlıqlarını bərpa edirlər.
Mən veteranlara göstərilən qayğı və diqqətə görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə, eyni zamanda bütün tibbi heyətə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından öz təşəkkürümü bildirirəm. İnanıram ki, həkimlərimiz bundan sonra da bütün vətəndaşlarımıza, o cümlədən veteranlara vicdanla xidmət etməkdə davam edəcək, öz fədakarlıqları ilə hər kəsə örnək olacaqlar”.
 
Dos. Asiman Həsənov rəhbərlik etdiyi kollektivin veteranların sağlamlığının keşiyində durmaqdan məmnun olduqlarını bildirib: “Bakı Sağlamlıq Mərkəzi olaraq veteranlarımızın sağlamlığının keşiyində durmaqdan məmnunuq və hər zaman olduğu kimi bundan sonra da həssas kateqriyadan olan vətəndaşlarımıza ikiqat həssaslıqla yanaşacağıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, veteranlar bizim qızıl fondumuzdur. Onlara qayğı ilə yanaşmaq, veteranların sağlamlığının keşiyində dayanmaq mənəvi borcumuzdur və Bakı Sağlamlıq Mərəzinin kollektivi gələcəkdə də bu borca sadiqlik sərgiləyəcək”.
 
Görüşün sonunda Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov və bir qrup həkim Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərfindən medal və Fəxri fərmanla təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır