Yeni hazırlanmış tüpürcək testləri döş xərçənginin aşkarlanmasında əhəmiyyətli rol oynayır
19.02.2024 17:20

ABŞ və Tayvandan olan tədqiqatçılar qrupu süd vəzisi xərçəngini effektiv şəkildə aşkarlaya bilən tüpürcək testi hazırlayaraq tibbi bir irəliləyişə imza atıblar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, tədqiqatın nəticələri Journal of Vacuum Science & Technology B-də çap olunan “Döş xərçəngi biomarkerlərini aşkar etmək üçün yüksək həssas tüpürcək əsaslı biosensor: HER2 və CA15-3” başlığı məqalədə əksini tapıb.

 

Florida Universiteti və Tayvanın Milli Yang-Ming Chiao Tung Universitetinin tədqiqatçıları kiçik bir tüpürcək nümunəsindən döş xərçəngi biomarkerlərini aşkarlaya bilən məmə xərçəngi skrininq cihazının uğurlu nəticələrini ortaya qoyublar.

 

Tüpürcək nümunəsi zolağa yerləşdirilir və biosensor cihazındakı elektrik kontaktlarına elektrik impulsları göndərilir. Bu impulslar biomarkerlərin antikorlara bağlanmasına və elektrodda yük və tutumun dəyişməsinə səbəb olur. Bu, ölçülə bilən və nə qədər biomarkerin mövcud olduğu barədə rəqəmsal məlumata çevrilə bilən çıxış siqnalında dəyişiklik yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır