Qusarda maarifləndirici tədbir: "Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur" 
19.02.2024 12:34
Qusar rayonun Quxuroba kənd tam orta məktəbində Rayon Mərkəzi Xəstəxanasının və Rayon Gigiyena Epideimologiya Mərkəzinin (GEM) rəhbərlərinin, Quxuroba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, Quxuroba KHM-ə müdirinin və məktəb direktorunun iştirakı ilə "Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur" mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Qusar Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə tibb müəssisəsinin direktoru Pərviz Məhsimov peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyinin ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola biləcəyini qeyd edib.
 
Sonra GEM-nin direktoru Nadirşah Şirinov mövzu üzrə çıxış edib. O, bir sıra ağır respirator xəstəliklərin vaksinasiyasının uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılmalı olduğunu, Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlərin daxil olduğunu söyləyib.
 
Qusar rayon GEM-i tərəfindən kənd əhalisinə və orta məktəb şagirdlərinə mövcud vəziyyətlə əlaqədar məlumatlandırmaq üçün maarifləndirici bukletlər paylanılıb.
 
Sonda mütəxəssislər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır