Daha bir gənc həkim Kliniki Tibbi Mərkəzdə işə başlayıb  
19.02.2024 09:30
Uşaq nevroloqu Ülkər Mürsəlova fəaliyyətini Kliniki Tibbi Mərkəzin nəzdindəki Uşaq Nevroloji Xəstəxanasında davam etdirəcək.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, o, 2011-2017-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsində təhsil alıb. 2017-2021-ci illərdə Respublika Klinik Xəstəxanadasında rezident-həkim kimi fəaliyyət göstərib. 2018-2020-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında pediatrik nevrologiyası üzrə uzun müddətli rotasiya keçib. 2021-2024-cü illərdə Respublika Perinatal Mərkəzində Yenidoğulmuşların intensiv terapiya bölməsinin uşaq nevroloqu vəzifəsində çalışıb.
 
Ülkər Mürsəlova 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Neuropedia Children’s Neuroscience Center”də, “Iranian Hospital – Dubai”da nevrologiya və uşaq nevrologiyası üzrə, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində “Bezmialem Vakıf Universitesi”ndə pediatrik nevrologiya üzrə rotasiya keçib. 2023-cü ildə İsraildə yerləşən Rambam Hospitalında 3 aylıq təkmilləşmə kursu keçib.
 
2023-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kəllədaxili qeyri-travmatik qansızmaların yenidoğulmuşlar arasında yayılması, klinik formaları, risk amiləri və neonatal itkilər” adlı dissertasiya işini uğurla müdafiə edib.
 
Həkim Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyası, Avropa Uşaq Nevrologiyası Cəmiyyəti, eləcə də Avropa İnsult Təşkilatının üzvüdür.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev