Sumqayıt Perinatal Mərkəzdə prenatal skrininq proqramının həyata keçirilməsinə başlanılıb
17.02.2024 14:17

Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə prenatal skrininq proqramının həyata keçirilməsinə başlanılıb.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, bu məqsədlə mərkəzdə STM-nin tabeliyində olan ailə sağlamlıq mərkəzlərinin rəhbərlərinin, mama-ginekoloqların və şüa diaqnostikası üzrə həkimlərin iştirakı ilə təlimatlandırıcı toplantı keçirilib.

 

Perinatal Mərkəzin rəhbəri, STM-nin direktor müavini Təranə Rəcəbli prenatal skrininq haqqında toplantı iştirakçılarına geniş məlumat verib və bu proqramın həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata alınmış prenatal testlərin aparılması, hamilələrə göstərilən xidmətin keyfiyyət göstəricilərini yüksəltməklə yanaşı, əlçatanlığını təmin edəcək.

 

STM-nin laboratoriyalar üzrə koordinatoru, həkim-laborant (klinik biokimya mütəxəssisi)
Cəlal Ağayev skrininqin aparılmasına dair diqqət edilməli olan əsas məqamları iştirakçıların nəzərinə çatdırıb.

 

Sonda toplantı iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, prenatal skrininq xromosom patologiyaların rast gəlmə riskini individual təyin etməyə imkar verir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev