Qarın boşluğunun daxili qişasından alınan parça ilə xəstədə vagina yaradılıb
16.02.2024 13:29

Ankarada uşaqlıq yolu və vaginasız doğulan və daha əvvəl ayağından alınan toxuma ilə vaginası bağlanan xəstə üçün bu dəfə qarın daxili qişasından alınan parça ilə vagina yaradılıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, əməliyyat Sosial Elmlər Universiteti Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında qapalı cərrahiyyə üsulu ilə həyata keçirilib. Ginekologiya üzrə mütəxəssis, prof. Mustafa Ulubay tərəfindən icra edilən əməliyyat uğurlu nəticələnib.

 

Pasiyent ailəsinin təşviqi ilə ilk dəfə 17 yaşında xəstəxanaya getdiyini və ayağından alınan toxuma ilə ona vagina yaradıldığını, lakin bir müddət sonra vaginanın bağlandığını söyləyib. 

 

Professor Mustafa Ulubay bunun hər 5 min adamda rast gəlinən nadir bir vəziyyət olduğunu deyib: "Bu. vagina və uşaqlıq yolunun anadangəlmə inkişaf etməməsi ilə xarakterizə olunan bir xəstəlikdir. Belə xəstələrə qapalı əməliyyatlar, yəni qarın daxili qişasından istifadə edərək robotik cərrahiyyə iüsulu ilə yeni vaginal yaratma əməliyyatı edirik. Bu sayədə xəstələr sağlam cinsi əlaqədə ola bilirlər." 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev