Yeni Klinikada riskli angioplastika əməliyyatı uğurla icra edilib
16.02.2024 09:19

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada riskli angioplastika (ürək damarlarının stentlənməsi) əməliyyatı uğurla icra edilib.

 

Aztibb.az-a Klinikadan bildirilib ki, 1988-ci ildə Fallo tetradası (anadangəlmə ürək qüsuru) səbəbindən açıq ürək əməliyyatı olunmuş pasiyentdə yenidən koronar arteriya xəstəliyi aşkar edilib.

 

Ürək damarlarında çoxsaylı daralmalar olan pasiyentə yenidən açıq ürək əməliyyatına ehtiyac duyulub.

 

Lakin təkrar açıq ürək əməliyyatı həm riskli, həm də texniki cəhətdən çətin prosedur hesab olunduğundan klinikanın kardioloq və kardiocərrahlarının birgə konsiliumu ilə angioplastika (ürək damarlarının stentlənməsi) əməliyyatının icrasına qərar verilib.

 

Ana koronar arteriyadakı darlıq həkim-kardioloq Şahanə Ələsgərli və həkim-kardioloq Gülay Məmmədova tərəfindən xüsusi bifurkasiyada invaziv müdaxilə texnikası ilə aradan qaldırılıb.

 

Prosedur nisbətən riskli olsa da uğurla nəticələnib.

 

Öz sağlamlığına qovuşan pasiyent amulator müalicə üçün evə yazılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev