3 həftə KTM-də süni tənəffüs aparatında qalan xəstə həyata qaytarılıb  
15.02.2024 15:22
1991-ci il təvəllüdlü vətəndaş çox ağır gedişli botulizm səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, xəstə daxil olarkən vəziyyəti hədsiz ağır olub, kəskin tənəffüs çatışmazlığı əlamətləri müşahidə edilib.
 
Dərhal xəstəyə lazımi tədbirlər başladılıb, traxeostomik boru qoyulub. 3 həftə süni tənəffüs aparatında qalan xəstə müalicə həkimləri olan Natella Qurbanova, İnara Ağabalayevanın müvafiq müalicə konsultasiyaları nəticəsində həyata qaytarılıb.
 
Xəstə sağlamlığına tam qovuşduqdan sonra heç bir fəsadsız evə buraxılıb.
 
Məlumat üçün qeyd edək ki, botulizm diaqnozu qoyulan xəstələrin həyatda qalma ehtimalı çox aşağıdır. Bu xəstəlik daha çox konservləşdirilmiş qidalardan yaranır. Botulizmin simptomlarını hiss etdikdə dərhal həkimə və ya təcili tibbi yardıma müraciət etmək vacibdir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev