İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində müalicə alır
14.02.2024 09:31
Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı, 102 yaşlı Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində müalicə alır.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, Fatma Səttarova “dərin venaların trombozu” diaqnozu ilə ağır vəziyyətdə tibb müəssisəsinə müraciət edib. Müxtəlif şikayətlərdən əziyyət çəkən xəstə tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində sağlamlığına qovuşub.
 
Gəldiyi ilk gündən Fatma Səttarovanın müalicəsi Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dos. Asiman Həsənov tərəfindən nəzarətə götürülüb. Müalicənin sonlarına doğru xəstənin ümumi vəziyyəti ilə yaxından tanış olmaq üçün Asiman Həsənov palatanı ziyarət edərək Fatma xanımla həmsöhbət olub.
 
Bakı Sağlamlıq Mərkəzinin Terapiya şöbəsinin rəhbəri Zakir Quliyev, damar cərrahı Əşrəf Həsənzadə və radioloq Cavid Əhmədov tərəfindən müalicəsi aparılan Fatma Səttarova yaxın günlərdə evə yazılacaq.
 
Bu uğurlu komanda işi sayəsində sağlamlığına qovuşan Fatma xanım müalicəsində əməyi keçən bütün komanda üzvlərinə təşəkkürünü bildirib O, Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını dilə gətirərək, xalqımızın sağlamlığının keşiyində duran tibb ocağının fəaliyyətində uğurlar arzu edib.
 
Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında da böyük xidmətləri var. O, “İstiqlal” ordeni ilə təltif edilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır