Şəkərli diabetin müalicəsində maarifləndirmənin əhəmiyyəti böyükdür
13.02.2024 10:01
Tip 2 şəkərli diabet bədəniniz kifayət qədər insulin (qanda qlükozanın miqdarına nəzarət edən hormon) yarada bilməyəndə və insulin yarandıqda onu səmərəli istifadə edə bilməyəndə meydana gələn xroniki haldır. Bu zaman insulinə dirənc baş verir və bu hal aylar, hətta illər ərzində meydana gəlir.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla bildirir ki, Tip 2 şəkərli diabet tədricən yaranır, ona görə də siz hətta xəstəlik aşkar olunanadək onun simptomlarını hiss etməyə bilərsiniz. Bu təhlükəlidir, çünki qandakı şəkərin səviyyələri artıq sizin bədəninizə ziyan vurmaqda ola bilər.
 
Bəzi əlamətlər aşağıdakılardır:
Həddən artıq sidiyə getmək - bədəniniz artıq qlükozanı xaric edir;
Həddən artıq susuzluq - sidiyə getməyin nəticəsində;
Yorğunluq – qlükozadan alınan enerji bədənin hüceyrələrinə çata bilmir;
Ağız boşluğunun və cinsi orqanların göbələk infeksiyaları – sidikdəki qlükoza göbələk və bakteriyaların çoxalması üçün şərait yaradır;
Bulanıq görmə - gözün mayesində qlükoza səviyyəsinin yüksək olma səbəbi;
Çəkinin itirilməsi – hüceyrələr qlükozanı mənimsəyə bilmədikdə bədən enerji üçün piy toxumasından istifadə edir.
 
 
Tip 2 diabetin səbəbləri tam aydın deyil, lakin o, artıq çəki və ya piylənmə, habelə ailənin tarixi və etnik kökləri ilə bağlıdır. Genlər burada rol oynayır, amma sizin həyat tərzi seçiminiz də çox vacibdir. Sağlam qidalanma və müntəzəm məşqlər sizdə tip 2 diabet yaranma ehtimalını azaldacaq
 
Şəkərli diabetin müalicəsində maarifləndirmənin əhəmiyyəti böyükdür.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev