“Ürək çatışmazlığının idarə olunmasında kardiak və qeyri-kardiak məqamlara yanaşma” adlı tədbir keçirilib
11.02.2024 11:28

TƏBİB-in dəstəyi ilə Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Ürək çatışmazlığının idarə olunmasında kardiak və qeyri-kardiak məqamlara yanaşma” adlı elmi-praktik tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə TƏBİB, Bakı Baş Səhiyyə Mərkəzinin və Respublika Klinik Xəstəxanasının həkim-terapevt və həkim-kardioloqları iştirak edib.

 

TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin əməkdaşı Şəbnəm Qurbanova və Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Fərqanə Mahmudova həkimlərin maarifləndirilməsi baxımdan bu cür tədbirlərin keçirilməsininin əhəmiyyətini vurğulayıblar.

 

Daha sonra Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin həkim-kardioloqu Mehriban İsgəndər ürək çatışmazlığının idarə olunması ilə bağlı ən son məlumatları auditoriyanın diqqətinə çatdırıb.

 

Tədbirin sonunda maraq doğuran müxtəlif suallara aydınlıq gətirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev