Türkiyədən gələn professor heyəti Bakı Sağlamlıq Mərkəzini ziyarət edib
10.02.2024 12:30

Bakı Sağlamlıq Mərkəzində Türkiyədən gəlmiş professor həkim heyəti ilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.

 

Görüşdə İstanbul “Breast Health Center”-in rəhbəri prof. Cem Yılmaz, “Sapiens Genetik Hastalıklar Değerlendirme Merkezi”-nin əməkdaşları - prof. Vildan Caner, prof. Ozan Çetin, prof. Görkem Yaman, dr. Deniz Dehni və laboratoriyanın rəhbəri, “T.C. Demiroğlu Bilim Üniversitesi” professoru Kanay Yararbaş, eləcə də qadın doğum uzmanı, prof. Murat Naki və ortoped prof. Kubilay Beng iştirak ediblər.

 

Görüşdə Azərbaycan və Türkiyə qardaşlığı, ölkəmizdə görülən işlər barədə müzakirələr aparılıb.

 

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dos. Asiman Həsənov Mərkəzin mövcud potensialı və gələcəkdə görüləcək işlər barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı təşkilati quruluş, idarəetmə strukturları, pasiyentlərin müraciət proseduru, tibbi avadanlıqlar, klinikanın ictimai imici, rəqabət mənzərəsi, beynəlxalq fəaliyyəti istiqamətində mövzular müzakirə olunub.

Sonra qonaqlar klinikada xidmət göstərən “Bakı Süd Vəzi Mərkəzi”nə baxış keçirib, orada görülən işlər və göstərilən tibbi xidmətlərlə tanış olublar.

 

“Bakı Süd Vəzi Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olan türkiyəli qonaqlar təcrübə mübadiləsi çərçivəsində öz təkliflərini səsləndiriblər.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev