Azərbaycanda İLK: Səyyar Fitosanitar Laboratoriya fəaliyyətə başlayıb    
09.02.2024 18:47

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ilk dəfə olaraq fitosanitar sahədə fəaliyyət göstərəcək yeni çadır tipli Səyyar Fitosanitar Laboratoriya işə başlayıb.

 

Bu barədə Aztibb.az-a AQTİ-dən məlumat verilib.

 

Fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə səyyar laboratoriyada bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları üzərində virusoloji və bakterioloji müayinələrin aparılması üçün hər cür şərait yaradılıb.

 

Səyyar laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Laboratoriya bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir. Bu isə müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir.

 

Eyni zamanda, Çadır tipli Səyyar Fitosanitar Laboratoriya regionlarda aparılan monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarında mövcud olan zərərverici və xəstəliklərin qısa müddətdə aşkarlanmasına imkan yaradır. Belə ki, respublikanın hər hansı ərazisində bitkilərdə karantin tətbiq edilən zərərverici və xəstəliklərin böhran vəziyyəti yaranarsa, bu ərazilərdə monitorinqin aparılması, nümunələrin çöl şəraitində səyyar laboratoriyada diaqnostikası mümkün olacaq.

 

Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riski olduğu halda, qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Bunun üçün laboratoriyada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

 

Həmçinin səyyar laboratoriya kifayət qədər nümunə üzərində sınaqların həyata keçirilməsinə imkan verir. Aparılan müayinələr növündən asılı olaraq, bir neçə dəqiqədən bir neçə saata qədər yekunlaşa bilir. Laboratoriyada bir istiqamətli iş axını təmin edilib. Müayinələr morfoloji, klassik mikrobioloji və molekulyar səviyyədə həyata keçirilə bilir. Laboratoriya yüksək keyfiyyətli stereo və bioloji düz mikroskopla, molekulyar müayinənin aparılması üçün real zamanda PZR cihazı, çadır isə fasiləsiz enerji təchizatı (UPS) ilə təmin olunub.

 

Qeyd edək ki, çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın fəaliyyətə başlaması ilə AQTİ-nin bu tipli laboratoriyalarının sayı 4-ə çatıb. Bunlardan üçü 2+ biotəhlükəsizlik səviyyəli Səyyar Baytarlıq Laboratoriyası, digəri isə yeni fəaliyyətə başlayan Səyyar Fitosanitar Laboratoriyadır. Səyyar Baytarlıq Laboratoriyasında zoonoz xəstəliklərin, Səyyar Fitosanitar Laboratoriyada isə bitki və bitkiçilik məhsullarında qeydə alınan zərərverici və xəstəliklərin monitorinqi və müayinəsi həyata keçirilir. Fitosanitar laboratoriyalarda aparılan müayinələr kənd təsərrüfatı məhsullarını və ətraf mühiti zərərverici və bitki xəstəlik törədicilərindən qorumağa kömək edir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb