Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 11 771 vətəndaş müraciəti daxil olub
09.02.2024 11:30
2023-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 11 771 vətəndaş müraciəti daxil olub. 4667 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müvafiq dövlət qurumlarından baxılması üçün Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 7104 təşkil edib. Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Bərdə, Sabirabad və Cəlilabad rayonlarının sakinlərindən daxil olub.
Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.
Daxil olan müraciətlərin 5556-sı müayinə və müalicə, 3186-sı əlillik məsələləri, 1466-sı işə qəbul və əmək münasibətləri, 640-ı dərman vasitələri və tibbi sərflə təminat, 923-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 7961 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində təminata alınan yeni tibbi xidmətlər (orqan transplantasiyası, ürək əməliyyatları və s.), göndərişlərin verilməsi qaydası, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları, tibb işçilərinin əməkhaqlarının artırılması və s. mövzularla bağlı olub.
Qeyd edək ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin saytı vasitəsilə 9880 müraciət daxil olub.
Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 2709 vətəndaş qəbul edilib. Onlardan 444 nəfər Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Şirvan, Şəki şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Ağdaş, Qubadlı, Beyləqan, Füzuli, Xocavənd, Qəbələ, Oğuz, İsmayıllı, Samux, Kəlbəcər, Qax, Qazax, Tovuz, Ağstafa, Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Lerik, Astara, Quba və Qusar rayon sakinləri olaraq
Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

