Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclasında cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri müzakirə edilib
08.02.2024 11:27

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, əvvəlcə Elmi şuranın üzvü, Proteomiks beynəlxalq laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda institutda 2024-cü ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri və elmi tədbirlər planı müzakirə edilərək təsdiqlənib.

 

İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.

 

İngilis dilində nəşr edilən “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının elektron versiyasının beynəlxalq bazalara daxil edilməsi və təbliği istiqamətində işlərin davam etdirilməsi və 2024-cü ildə jurnalın 8-ci cildinin I nömrəsinə məqalə qəbulunun başlanması haqqında məlumat verilib. B.ü.f.d. Ülkər İbrahimovanın müəllifliyi ilə “Buğdada duz stresi ilə induksiya olunan morfoloji, fizioloji və biokimyəvi dəyişikliklər” adlı monoqrafiyanın dərc olunmasının məqsədəuyğunluğu barədə məsələ müzakirə olunub.

 

İclasda, həmçinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn məsələlər, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyası (COP 29) ilə bağlı həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev